İstifadə Şərtləri

Giriş

Mastercard Beynəlxalq Korporasiyası ("Mastercard" və ya “Biz”) olaraq, şəxsi informasiya, tədris və ya əyləncə məqsədilə www.mastercard.us (“Mastercard” saytı) saytını təqdim edirik. Siz, Mastercard saytını nəzərdən keçirə, lazım olan məlumatları yükləyə və saytdan başqa şəkildə faydalana edə bilərsiniz. Mastercard saytına daxil olmaqla və bu saytdan istifadə etməklə, hər hansı məhsudiyyət və ya təsnifat tələb olunmadan aşağıda qeyd olunan şərtləri (“İstifadə Şərtlərini”) qəbul edirsiniz və bu şərtlərlə razılaşırsınız. Əgər bu İstifadə Şərtləri ilə razı deyilsinizsə, Mastercard saytından istifadə etməməyinizi xahiş edirik.

Məzmun

Saytın məzmunundan istifadə edilməsi hüququ

Biz sizə şəxsi istifadəniz üçün Mastercard saytında, aşağıda da göstərildiyi kimi, istənilən Məzmuna baxmaq, paylaşmaq, çap etmək və ya yükləmək üçün məhdud, qeyri-eksklüziv, geri alına bilən giriş izni veririk. Sizə Mastercard saytında hansı bir Məzmunun lisenziyalaşdırılması, təkrar nəşr edilməsi, yayılması, surətinin çıxarılması, verilməsi, sub-lisenziyalaşdırılması, ötürülməsi, satılması, hər hansı ikinci dərəcəli işlərin hazırlanması və ya digər şəxsi olmayan məqsədlərlə istifadə edilməsi ilə bağlı hüquq verilmir. Hər hansı bir Məzmunun hər hansı bir hissəsi şəxsi istifadə məqsədlərindən başqa, hər hansı bir şəkildə çoxaldıla, elektron və ya mexaniki hər hansı bir məlumat axtarışı sisteminə daxil edilə bilməz. Mastercard saytına zərər verə biləcək və ya onu zəiflədə biləcək ya da bu niyyətlə hər hansı bir şəkildə Mastercard saytına və ya Mastercard saytının əsasını təşkil edən hər hansı bir serverə və ya şəbəkəyə zərər verə biləcək bir şəkildə və ya bu məqsədlə, yaxud digər hər hansı bir şəxsin saytdan istifadə etməsinə maneçilik törədəcək bir şəkildə Mastercard saytına müdaxilə etmək, ya da bu saytdan istifadə etmək icazəniz yoxdur. Sizə həmçinin sayta və ya məzmununa keçidi təmin edən, Mastercard və ya onun məhsullarını və ya xidmətlərini yanlış, aldadıcı, təhqiramiz və ya başqa cür təhdidlər yarada biləcək şəkildə təsvir etməyən və Mastercard tərəfindən saytınızın, səhifənizin və ya məzmununuzun sponsorluğunu və ya hüququnun ötürülməsini nəzərdə tutmayan bir hiperlink yaratmaq üçün məhdud, geri alına bilən və qeyri-eksklüziv hüquq verilir.

Sayta daxil olmaq üçün avtomatlaşdırılmış sistemlərdən (məsələn, robotlar, spayderlər və s.) istifadə edə bilməzsiniz. Bu istifadə şərtlərinə əsasən, saytın digər istifadəçilərinin şəxsi identifikasiya məlumatlarını toplamayacağınızı və ya bu məlumatları satmayacağınızı və ya başqa şəkildə istifadə etməyəcəyinizi qəbul edirsiniz. Burada xüsusi olaraq verilən məhdud hüquqlar istisna olmaqla, Mastercard saytına və onun tərkibinə daxil olan bütün hüquqlar, adlar və maraqlar və burada təsvir edilən Məzmunun hamısı Mastercard tərəfindən qorunur və Mastercard-a məxsusdur.

MASTERCARD, İSTƏNİLƏN İSTİFADƏ HÜQUQLARI DA DAXİL OLMAQLA, BURADA TƏSVİR EDİLƏN İSTİFADƏ ŞƏRTLƏRİNİN HƏR HANSI BİRİNİN POZULMASINA VƏ YA BU KİMİ İSTƏNİLƏN DİGƏR SƏBƏBLƏRƏ GÖRƏ TAMAMİLƏ ÖZ MÜLAHİZƏSİNƏ UYĞUN OLARAQ, HEÇ BİR XƏBƏRDARLIQ ETMƏDƏN İSTƏNİLƏN ŞƏXSƏ ÖZ SAYTINDAN İSTİFADƏYƏ GİRİŞ QADAĞASI QOYMAQ HÜQUQUNA MALİKDİR.

Mastercard saytı və istifadə şərtləri ilə bağlı dəyişikliklər

Mastercard, sizə xəbərdarlıq etmədən istənilən vaxt bu İstifadə Şərtləri də daxil olmaqla, bu saytda və ya bu saytda mövcud olan və ya saytla əlaqədar olan məzmuna, materiallara və ya məlumatlara dəyişikliklər, və ya düzəlişlər etmək hüququnu özündə saxlayır. Mastercard istənilən vaxt bu versiyanı yeniləməklə, hazırkı İstifadə Şərtlərini yenidən nəzərdən keçirə bilər. Siz belə dəyişikliklərə görə vaxtaşırı olaraq, cari İstifadə Şərtlərini nəzərdən keçirmək üçün həmin səhifələrə daxil olmalı və onları nəzərdən keçirməlisiniz.

Əqli mülkiyyət hüquqları

Mastercard saytının məzmunu qüvvədə olan əqli mülkiyyət qanunları ilə qorunur və bütün Məzmun Mastercard-a məxsusdur, yaxud Mastercard tərəfindən lisenziya və ya icazə əsasında istifadə olunur. Bütün mətn, formatlaşdırma (heç bir məhdudiyyət olmadan Mastercard saytındakı materialların seçilməsi, koordinasiyası və tərtib edilməsi), şəkillər, qrafiklər, animasiyalar, alətlər, qrafik elementlər, tətbiqlər, reklamlar, videolar, musiqilər, səslər, məqalələr, nüsxələrin surətləri, yaradıcı materiallar, fotoşəkillər, ticarət nişanları, xidmət markaları, ticarət adları və loqotiplər və bu saytda olan digər materiallar və məlumatlar Mastercard-ın, onun filiallarının və törəmə şirkətlərinin, eləcə də onların müvafiq lisenziyaçılarının və lisenziya verdikləri şəxslərin (bu mətndə birgə şəkildə “Məzmun” adlanır) əqli mülkiyyət hüququ hesab olunur. Bu vebsaytda mövcud olan bir sıra xüsusiyyətlər 6,091,956 saylı ABŞ Patenti tərəfindən qorunur və ya lisenziyalaşdırılır. Bu materialların heç bir formada sizin tərəfinizdən surəti çıxarıla, əks forması tərtib edilə, mənbə kodu dəyişdirilə, forması yenidən tərtib edilə bilməz, digər vebsaytlara köçürülə, çərçivələnə, digər linklərlə əlaqəsi yaradıla, dəyişdirilə və ya paylana bilməz, yenidən paylaşdırıla, lisenziyalaşdırıla, sub-lisenziyalaşdırıla və ya ötürülə bilməz. Mastercard saytında əksini tapan heç bir şey eyham yolu ilə və ya hər hansı bir şəkildə Mastercard-ın əvvəlcədən yazılı icazəsi olmadan onun istənilən ticarət nişanından, əqli mülkiyyət hüququndan və ya müəlliflik hüququ ilə qorunan materiallarından kommersiya məqsədilə istifadə edilməsinə hər hansı bir lisenziya və ya hüquq verilməsi şəklində təfsir edilməməlidir. Mastercard saytında öz əksini tapan qeydiyyatdan keçmiş və ya qeydiyyatdan keçməmiş əmtəə nişanları, loqotiplər, ticarət adları və xidmət markaları (bundan sonra birgə olaraq “Ticarət Nişanları”adlanacaq) Mastercard-ın və onun üçüncü tərəf biznes tərəfdaşlarının ticarət nişanlarıdır. Mastercard saytında əksini tapan heç bir şey Mastercard-ın və ya Ticarət Nişanının sahibi olan sözügedən üçüncü tərəfin yazılı icazəsi olmadan Mastercard saytında göstərilən hər hansı ticarət nişanından istifadə etmək icazəsi və ya hüququ kimi təfsir edilməməlidir Mastercard ABŞ Ticarət Nişanları.

Bu materiallardan hər hansı icazəsiz kommersiya məqsədli istifadə Mastercardın əqli mülkiyyət hüquqlarının pozulması kimi qəbul ediləcək və Mastercard-ın bütün qanuni hüquqları və hüquq müdafiəsi tədbirlərinin tətbiq edilməsinə məruz qalacaqdır.

Müəlliflik hüququ ilə bağlı şikayətlər

Saytın idarə edilməsində Mastercard "xidmət təminatçısı" kimi (DMCA tərəfindən müəyyən edilən qaydada) fəaliyyət göstərə və üçüncü tərəf vebsaytlarına materialların və linklərin onlayn təchizatçısı qismində xidmətlər təklif edə bilər. Bunun nəticəsi kimi, Mastercard-ın sahib olmadığı və ya nəzarət etmədiyi üçüncü tərəf materialları saytdan istifadə edilməklə ötürülə, saxlanıla, əldə edilə və ya başqa şəkildə təqdim edilə bilər. Mastercard saytda meydana gələn müəllif hüquqlarının pozulması iddiaları ilə bağlı bəzi qanuni prosedurlara həyata keçirir və Mastercard və ya üçüncü tərəfin hüquqlarına zidd olan və yaxud hər hansı bir əqli mülkiyyət qanunları və ya qaydalarını və ya bu müqaviləni pozan hər hansı bir istifadəçinin üzvlüyünün dayandırılmasını və ya istənilən məzmunun dərhal kənarlaşdırılmasını təmin edən siyasət tətbiq edir. Sayt vasitəsilə əldə edilə bilən hər hansı bir materialın hər hansı müəllif hüququnu pozduğuna düşünürsünüzsə, iddia edilən qanun pozuntusu ilə əlaqədar DMCA-ya əsasən 17-ci ABŞ Qanunu, Fəsil 512 (c)(2)) xəbərdar etmə prosedurundan istifadə edərək bu barədə Mastercard-a bildirməlisiniz. Mastercard, pozuntuya yol verdiyi iddia edilən materialı dərhal siləcək və ya bu materialın əldə edilməsini əngəlləyəcək və xəbərdar edən tərəflə məzmunu yerləşdirərək hüquq pozuntusu yaratdığı iddia edilən tərəf arasındakı iddianı həll etmək üçün DMCA-da nəzərdə tutulan prosedurları həyata keçirəcək. DMCA-ya əsasən pozuntu halları ilə bağlı müraciətlərinizi Müəllif Hüquqları Agentliyi, Mastercard, 2000 Purchase küçəsi, Nyu-York 10577, Hüquq Departamentinə və ya copyrightagent@mastercard.com ünvanına bildirə bilərsiniz.

Zəhmət olmasa, bildirişin aşağıda müəyyən edilmiş qaydada göndərilməsini təmin edin:

  1. Pozulduğunu iddia etdiyiniz müəllif hüququ ilə qorunan işi və ya digər əqli mülkiyyət hüququnu müəyyənləşdirin;
  2. Saytda pozuntuya yol açdığını iddia etdiyiniz materialları Mastercard-ın tapa bilməsini təmin edəcək şəkildə kifayət qədər ətraflı olaraq müəyyənləşdirin;
  3. Mübahisəyə səbəb olan istifadəyə müəllif hüququnun sahibi, onun agenti və ya qanunla icazə verilmədiyinə xoş niyyətlə inandığınızı müəyyən edən bildiriş təqdim edin;
  4. Yalan şahidlik edilməsinə görə cəzalandırılma nəzərdə tutulduğunu bilərək əmin olmalısınız ki: a) Etdiyiniz xəbərdarlıqda yuxarıda bildirdiyiniz məlumatlar dəqiqdir (b) sözügedən müəlliflik hüququ marağının sahibisiniz və ya həmin müəlliflik hüququ sahibinin adından hərəkət etmək səlahiyyətinə maliksiniz;
  5. Ünvanınız, telefon nömrəniz və e-poçt ünvanınız; və
  6. Fiziki və ya elektron imzanız.

Mastercard vebsaytların hər hansı birində ümumi bildiriş dərc edilməsi, qeydlərində olan hər hansı bir istifadəçinin e-poçt ünvanına elektron məktub göndərilməsi və ya qeydlərində olan hər hansı bir istifadəçinin məlum olan fiziki ünvanına birinci sinif poçt yollanması şəklində göndərilən yazılı ünsiyyət növü vasitəsilə hər hansı bir pozuntu ilə bağlı xəbərdarlıq yaya bilər. Belə bir qanun pozuntusu ilə bağlı xəbərdarlıq aldığınız təqdirdə bu barədə sizə məlumat verən agentə aşağıda qeyd olunan məlumatları əks etdirən cavab bildirişi göndərə bilərsiniz. Daha səmərəli olması üçün cavab bildirişi aşağıda qeyd edilən məlumatları əks etdirəcək şəkildə yazılı olaraq göndərilməlidir:

  1. Fiziki və ya elektron imzanız;
  2. Silinən və ya başqaları tərəfindən əldə edilməsi əngəllənən materialın müəyyənləşdirilməsi və silinmədən və ya başqaları tərəfindən əldə edilməsi əngəllənmədən əvvəl materialın öz əksini tapdığı yer;
  3. Materialın müəyyən bir səhv nəticəsində silindiyini və ya başqaları tərəfindən əldə edilməməsi üçün əngəlləndiyini, yaxud silinəcə və ya əngəllənəcək materialın səhvən müəyyən edilməsinə xoş niyyətlə inandığınızı ifadə edən bildiriş; və
  4. Adınız, fiziki ünvanınız və telefon nömrəniz, eləcə də, fiziki ünvanınızın aid olduğu ədliyyə bölgəsi üçün Federal Ərazi Məhkəməsinin yurisdiksiyası ilə, və ya əgər fiziki ünvanınız ABŞ-dan kənarda yerləşirsə, bizim ola biləcəyimiz hər hansı ədliyyə bölgəsi üçün yurisdiksiyası ilə razılaşdığınızı, və müəlliflik hüququnu pozduğu iddia edilən materiallar barədə xəbərdarlıq edən şəxsin və ya belə bir şəxsin agentinin prosedurla bağlı xidmətini qəbul edəcəyinizə dair bəyanatınız.

İnteraktiv forumlar və qruplar, göndərişlər və rəylər

İstifadəçi göndərişləri və onların idarə edilməsi

Saytın istifadəçisi kimi, sayt tərəfindən yol verilən məzmuna uyğun olaraq münasib məzmunlu mətndən və potensial şəkillərdən, videolardan, təsvirləri olan audio fayllardan, başqa məzmunlu mətndən və bu məzmuna keçid edən linklərdən ibarət şərhlərinizi göndərə bilərsiniz (birgə olaraq "İstifadəçi Göndərişləri" adlanacaq). Öz İstifadəçi Göndərişlərinizə və onları saytda dərc etdirməyinizin və ya yerləşdirməyinizin nəticələrinə görə yalnız siz məsuliyyət daşıyacaqsınız. İstifadəçi Göndərişləri ilə əlaqədar olaraq, siz aşağıdakıları təsdiq, təqdim edir və/və ya zəmanət verirsiniz: İstifadəçi Göndərişi sizin orijinal işinizdir və ərazi və ya vaxt məhdudiyyəti olmadan və kompensasiya tələb olunmadan bəlli olmayan və ya bununla da yaradılmış hər hansı, və ya bütün media vasitələrindəki istənilən və bütün İstifadəçi Göndərişlərindən istifadə edilməsi üçün Mastercard-a səlahiyyət verilməsi ilə bağlı müvafiq lisenziyalarınız, hüquqlarınız, icazələriniz və razılıq sənədləriniz, eləcə də saytda və bu müqavilə ilə nəzərdə tutulan şəkildə İstifadəçi Göndərişlərinin daxil edilməsini və istifadəsini mümkün edən istənilən və bütün İstifadəçi Göndərişlərində öz əksini tapan və qeyd edilən hər hansı şəxsi identifikasiya məlumatlarını, təsvirləri və ya buna bənzər məlumatları yığmaq, istifadə etmək və açıqlamaq üçün bütün lazımi icazələriniz mövcuddur. Siz hər hansı İstifadəçi Göndərişinin bir hissəsi kimi, müəllif hüququ ilə qorunan, kommersiya sirri ilə mühafizə edilən və ya digər halda şəxsi məlumat və aşkarlıq hüquqları daxil olmaqla üçüncü tərəfin mülkiyyət hüquqlarına şamil edilən hər hansı bir materialı həmin hüquqların sahibi olmadıqda və ya onların hüquqi sahibindən icazəniz olmadıqda və həmin materialı yerləşdirmək üçün və Mastercard-a bu sənəddə verilmiş bütün lisenziya hüquqlarını vermək üçün həmin materialda əks olunan şəxsi identifikasiya məlumatı olan istənilən şəxslərdən lazımi icazələr alınmadığı təqdirdə onları heç bir halda göndərməyəcəyinizi qəbul edirsiniz. Bununla yanaşı, hər hansı bir şəkildə İstifadəçi Göndərişiniz ilə əlaqəli olan tərəfinizdən saxlanılan hər hansı bir patent müraciəti və ya hər hansı gözləməkdə olan müraciətlərin mövcudluğunu açıqlayacağınıza zəmanət verir və bunu bəyan edirsiniz.

Siz İstifadəçi Göndərişi və istənilən digər əlaqəli materiallara zidd olan hər hansı bəyanata və ya yazıya baxmayaraq İstifadəçi Göndərişi ilə bağlı sizinlə Mastercard arasında heç bir məxfi əlaqə və ya gizlilik, ya da məxfilik öhdəliyinin olmadığı ilə razılaşır və bunu qəbul edirsiniz.

Mülkiyyət hüququ və İstifadəçi Göndərişlərinin Istifadəsi

Siz İstifadəçi Göndərişini göndərməklə, İstifadəçi Göndərişinin bir hissəsi kimi tərəfinizdən çap və ya elektron formada yaradılan ya da hazırlanan sənədlər, sənət əsərləri, bildirişlər, şəkillər, icmallar, dəlillər, təsvirlər, fotoşəkillər, alt yazılar, dublyajlar, musiqi partituraları, audio və video yazılar, disklər də daxil olmaqla, İstifadəçi Göndərişində olan istənilən konsepsiyaların və ya ideyaların, ikinci dərəcəli işlərin dəyişdirilməsi və yaradılması hüququ da daxil olmaqla, Mastercard-a İstifadəçi Göndərişi ilə bağlı (müəllif hüququ, patent və ticarət markası qanunu altında, bunlar da daxil olmaqla) dünya miqyasında, daimi, əvəzsiz, tam ödənişli, geri qaytarılmayan, sub-lisenziyalaşdırılmış, ötürülə bilən, qeyri-eksklüziv icazə verdiyinizi başa düşürsünüz. Mastercard-a verdiyiniz icazəyə Mastercard və onun dizaynerlərinin İstifadəçi Göndərişini yenidən yaratmaq, İstifadəçi Göndərişi vasitəsilə digər işləri hazırlamaq, sizin İstifadəçi Göndərişinizi digər işlər ilə birləşdirmək və nüsxələri dəyişmək, tərcümə etmək, yaymaq, eləcə də bütün dünya miqyasında indi mövcud olan və ya gələcəkdə mövcud olacaq hər hansı bir media vasitəsində Mastercard adından başqa şəklə salınmış İstifadəçi Göndərişinin müəllif hüququnun qeydiyyatı üçün müraciət etmək, lisenziya almaq və bunu həyata keçirmək daxildir. Məsələn, yuxarıda göstərilən icazə Mastercard və onun dizaynerlərinə sizin İstifadəçi Göndərişinizin yalnız müəyyən bir hissəsini istifadə etmək hüququ verir, ya da sizin təqdim etdiyiniz istənilən audio trekləri və ya vizual təsvirləri yenidən yazmaq və ya dəyişdirmək, İstifadəçi Göndərişini yenidən hazırlamaq və/və ya sizin İstifadəçi Göndərişiniz ilə başqalarından alınaraq lisenziyalaşdırılmış ya da Mastercard tərəfindən yaradılmış digər materialları birləşdirmək hüququ verir. İstifadəçi Göndərişi vasitəsilə başqa işlər yaratdığımız təqdirdə, həmin işlərin hüququ bizə məxsus olacaq və onlar bu təlimatlara uyğun olaraq istifadə ediləcək, beləliklə, sizin razılığınıza ehtiyac olmayacaq.

İstifadəçi Göndərişini göndərməklə, Göndərişin və ya Göndərişdəki hər hansı bir fotoşəklin (fotoşəkillərin), alt yazıların, təsvirlərin, illüstrasiyaların, bildirişlərin və ya başqa işlərin tərəfimizdən dəyişdirilməsi ilə nəticələnən istənilən müəlliflik hüquqları və ya “mənəvi" hüquqla əlaqədar olan hər hansı iddianın irəli sürülməsindən imtina edirsiniz və bununla razılaşırsınız. Siz həmçinin, Mastercard üçün sizin İstifadəçi Göndərişinizdən yaranan istənilən düzəltmə işlərdəki hüquqları mənimsəmək və onları qorumaq üçün Mastercard-ın uyğun gördüyü bir şəkildə ona verdiyiniz icazə ilə İstifadəçi Göndərişindən sizin adınızdan və sizin mənafeyinizə uyğun istifadə edə bilməsini təmin etməklə, istənilən məlumatı icra etməsi və çatdırması və İstifadəçi Göndərişinin hər hansı digər vebsaytdan ya da forumdan çıxarılması hüququ ilə birgə İstifadəçi Göndərişi ilə əlaqədar olaraq etimad etdiyiniz vəkiliniz kimi Mastercard-ı təyin etməyə razılıq verirsiniz.

Mastercard-ın tələbi ilə, Mastercard tərəfindən nəzərdə tutulduğu şəkildə “Müəlliflərin mənəvi hüquqları”ndan bu Şərtlər və Qaydalar əsasında imtina edilməsinə uyğun olaraq, Mastercard-ın İstifadəçinin Göndərişindən istifadə etmək imkanı üçün siz əlavə icazə alətini tərtib etməli və təqdim etməlisiniz. Mastercard sözügedən icazə alətini tələb edə bilmədikdə bu Mastercard-ın öz hüquqlarından imtina etməsi hesab olunmayacaq və həmin aləti Mastercard daha sonra da tələb edə bilər.

Göndərişlər və ya Rəylər

Vaxtaşırı olaraq, biz sizdən Mastercard saytı, onun məhsulları və/və ya xidmətləri barədə rəy bildirməyinizi xahiş edə bilərik. Sizin ötürdüyünüz və ya paylaşdığınız istənilən kommunikasiya və ya material (a) Mastercard tərəfindən qeyri-məxfi və qeyri-şəxsi hesab ediləcək, (b) Mastercard-ın mülkiyyəti olacaq və Mastercard xüsusilə onunla bağlı bütün hüquqlara, adlara və maraqlara sahib olacaqdır; (c) sizə heç bir öhdəlik, kompensasiya və ya digər məsuliyyət yaratmadan özünün tam münasib bildiyi qaydada Mastercard lisenziyası verən şəxslər və törəmə şirkətlər tərəfindən məhdudiyyətsiz olaraq istifadə ediləcək. Bu cür istifadəyə bu saytda və ya digər halda artıq tanınmış və ya sonradan hazırlanmış hər hansı bir şəkildə və istənilən mühitdə tamamilə və ya qismən yenidən hazırlanma, açıqlanma, ötürülmə, paylaşma, yayımlama və yerləşdirmə hərəkətləri daxil ola bilər. Mastercard-ın belə bir kommunikasiyaya cavab vermək öhdəliyi yoxdur. Yuxarıda qeyd olunanlara baxmayaraq, Mastercard öz məhsul və xidmətləri ("Göndərişlər") ilə bağlı ictimaiyyətdən heç bir yaradıcı fikir, təklif və ya material qəbul etməmək və ya bunları nəzərə almamaq siyasətini qoruyub saxlayır və buna görə də, siz bu sayt vasitəsilə və ya başqa bir şəkildə istənilən kommunikasiyalarda Mastercard-a hər hansı göndərişlər etməməlisiniz. Buna baxmayaraq, həmin göndərişi etməməklə bağlı xahişimizə məhəl qoymayaraq belə bir Göndərişi həyata keçirsəniz, o zaman həmin Göndəriş dərhal Mastercard-ın mülkiyyətinə çevriləcək və Mastercard xüsusi olaraq bununla bağlı bütün hüquqlara, adlara və maraqlara sahib olacaq. Bundan əlavə, Mastercard məhsul və xidmətlərin işlənib hazırlanması və marketinqi ilə bağlı hər hansı bir məqsəd üçün, o cümlədən, sadalananları məhdudlaşdırmadan, istənilən Göndərişlərdən sərbəst şəkildə istifadə edə bilər. Mastercard bu Göndərişin bu cür istifadəsinə və ya açıqlanmasına görə, həmin Göndərişdəki və istənilən digər gələcək Mastercard məhsullarındakı və xidmətlərindəki oxşarlıqlara görə məsuliyyət daşımır.

Pərakəndə satıcılar və pərakəndə satış təklifləri

Pərakəndə satıcılar Mastercard saytında mövcud olan malların və xidmətlərin satın alınması ("Təkliflər") üçün Mastercard-a müəyyən endirimlər, imtiyazlar və ya digər gəlirlər (məsələn, pulsuz tədarük) təqdim edə bilərlər. Belə Təkliflər müəyyən şərtlərə və qaydalara tabedir və sizə xəbərdarlıq etmədən istənilən vaxt dəyişilə bilər. Mastercard bu təkliflərə münasibətdə sizinlə pərakəndə satıcı arasında baş vermis hər hansı bir qarşılıqlı əlaqə nəticəsində yaranan istənilən itkiyə və ya zərərə görə məsuliyyət daşımır. Burada göstərilənlər istisna olmaqla, mal və xidmətlərin çatdırılması, qaytarılmalar və zəmanətlər daxil olmaqla, lakin bunlarla məhdudlaşmayan bütün məsələlər yalnız və qəti olaraq, sizinlə müvafiq pərakəndə satıcılar arasındadır. Mastercard saytı vasitəsilə ünsiyyət qurduğunuz pərakəndə satıcılara və ya onların təqdim etdiyi Təkliflərə görə Mastercard-ın məsuliyyət daşımadığını və bunu təqdir etmədiyini qəbul edirsiniz.

Mükafatlandırıcı kampaniyalar

Vaxtaşırı olaraq sizə Mastercard ilə əlaqədar müəyyən mükafatlandırıcı və həvəsləndirici kampaniyalar barədə xəbər verəcəyik. Bütün bu cür mükafatlandırıcı və həvəsləndirici kampaniyalar həmin lotereyalar və kampaniyalar ilə bağlı Rəsmi Qaydalara, eləcə də bütün əlaqədar qanunlara, qaydalara və nizamnamələrə tabedir.

Üçüncü tərəflə bağlı məzmun və digər vebsaytlara linklər

Mastercard saytı özündə üçüncü şəxslərin məzmununu və bu saytdan tamamilə müstəqil olan digər vebsaytlara linkləri ehtiva edə bilər. Üçüncü tərəfin məzmunu və linkləri yalnız istifadəçilərin rahatlığı üçün daxil edilir və Mastercard tərəfindən hər hansı təsdiqedilmə, təqdiredilmə və ya zəmanətlilik yaratmır. Bundan başqa, Mastercard üçüncü tərəfin məlumatlarının dəqiqliyi, tamlığı və ya etibarlılığına və ya istənilən əlaqəli vebsaytlar vasitəsilə təqdim olunan və ya satılan məhsullara və ya xidmətlərə görə məsuliyyət daşımır və üçüncü tərəfin məlumatlarından istifadə etdiyinizə görə siz özünüz tam məsuliyyət daşıyırsınız. Sizinlə belə üçüncü tərəf arasında əldə edilən hər hansı sövdələşmələrə, əməliyyatlara və ya digər tənzimləmələrə görə yalnız siz özünüz risk daşıyırsınız. Üçüncü tərəfin linkinə daxil olduqda, siz Mastercard saytından çıxmış olursunuz. Nəticədə belə saytda təqdim etdiyiniz hər hansı şəxsi məlumat Mastercard tərəfindən toplanmayacaq və ya nəzarət olunmayacaq, habelə belə saytın məxfilik bildirişinə və ya istifadə şərtlərinə aid olacaq. Məxfilik prinsipləri haqqında daha ətraflı məlumat əldə etmək üçün saytın məxfilik siyasətini və istifadə şərtlərini nəzərdən keçirin.

Məxfilik Siyasəti

Mastercard öz vebsaytlarımızda təklif edilən proqramların və məlumatların üstünlüyündən istifadə etmək üçün onu seçən və ona baş çəkən şəxslərin məxfiliyinə hörmət etməyin vacibliyini qəbul edir. Mastercardın Qlobal Məxfilik Bildirişi (aşağıdakı linkdə verilib) proqramlarımızdan birinə daxil olduqda və ya sadəcə Mastercard saytını nəzərdən keçirdiyiniz zaman nələri gözləyə biləcəyinizlə bağlı qısa icmalı təqdim edir. Ölkəmizə xas və ya proqrama məxsus səhifələr üçün müxtəlif və ya proqrama xas siyasətlər tətbiq edilə bilər. Siyasətimizin tətbiq olunan mövcud versiyası üçün hər hansı səhifənin altındakı linkə baxın. Bizim Qlobal Məxfilik Bildirişimiz ilə isə  burada tanış ola bilərsiniz.

Təzminat

Siz Mastercard və onun biznes tərəfdaşlarını, əməkdaşlarını və törəmə şirkətlərini hər hansı bir öhdəlikdən, itkidən, iddia və xərclərdən, o cümlədən bu İstifadə Şərtlərini pozduğunuza və ya saytdan sui-istifadə etdiyinizə görə məqbul müvəkkil haqları və xərcləri də daxil olmaqla zərərdən qorunmas və zərərin ödənilməsi ilə razılaşırsınız. Siz İstifadəçi Göndərişlərinizdəki müəllif hüquqlarını və ya digər əqli mülkiyyət hüquqlarını ya da üçüncü tərəflərin digər hüquqlarını pozmaqla əlaqədar və ya bundan irəli gələn, eləcə də İstifadəçi Göndərişləri ilə bağlı istənilən digər qanun pozuntusu və ya müqavilə öhdəliklərinin pozulmasına görə Mastercard-a qarşı sizə görə irəli sürülən istənilən iddia, ərizə və ya məhkəmə işlərinə görə onun zərərdən qorunmasını və dəyən zərərin özünüz tərəfindən təzmin edilməsini qəbul edirsiniz.

Zəmanətlərin rədd edilməsi

Mastercard bu saytdakı bütün materialların düzgün olduğunu təmin etmək üçün kifayət qədər səy göstərəcək; habelə, dəqiqliyə zəmanət verilə bilməz və Mastercard bu saytdakı hər hansı bir məlumatın düzgünlüyünə, tamlığına və ya həqiqiliyinə görə heç bir məsuliyyət və öhdəlik daşımır.

MASTERCARD SAYTI VƏ BURADA VERİLƏN BÜTÜN MƏZMUN SİZƏ “OLDUĞU KİMİ”, VƏ “MÖVCUD OLDUĞU KİMİ” TƏQDİM EDİLİR, YARARLILIQ, AD/TƏHLÜKƏSİZLİK, MƏLUMATIN KEYFİYYƏTİ VƏ YA XÜSUSİ MƏQSƏDƏUYĞUNLUQ İLƏ BAĞLI İSTƏNİLƏN ZƏMANƏT DƏ DAXİL OLMAQLA, İFADƏ EDİLƏN YA DA NƏZƏRDƏ TUTULAN BÜTÜN DİGƏR ZƏMANƏTLƏR RƏDD EDİLİR. MASTERCARD-DAN SAYT VASİTƏSİLƏ ƏLDƏ ETDİYİNİZ VƏ YA BURADA AÇIQ İFADƏ EDİLƏN HƏR-HANSI MƏLUMAT HANSISA BİR ZƏMANƏT YARATMAYACAQ. MASTERCARD HEÇ BİR MƏHDUDİYYƏT OLMADAN, MASTERCARD SAYTININ SƏHVSİZ (QÜSURSUZ) İŞLƏYƏCƏYİ, NÖQSANLARIN DÜZƏLDİLƏCƏYİ VƏ YA MASTERCARD SAYTININ VİRUSLARDAN VƏ DİGƏR ZƏRƏRLİ KOMPONENTLƏRDƏN HƏR ZAMAN AZAD OLACAĞI İLƏ BAĞLI BÜTÜN ZƏMANƏTLƏRİ RƏDD EDİR. BU SAYTDAN İSTİFADƏYƏ GÖRƏ ÖZÜNÜZ ŞƏXSƏN RİSK DAŞIYIRSINIZ VƏ BU SAYT VASİTƏSİLƏ YÜKLƏNƏN, VƏ YA DİGƏR ŞƏKİLDƏ ƏLDƏ EDİLƏN İSTƏNİLƏN MƏZMUN SİZİN ÖZ MƏSULİYYƏTİNİZ ALTINDADIR VƏ SİZİN KOMPYUTER SİSTEMİNİZƏ YA DA BU SAYTDAN İSTİFADƏYƏ GÖRƏ YARANAN İSTƏNİLƏN MƏLUMAT İTKİSİ, KOMPYUTER VİRUSLARI NƏTİCƏSİNDƏ DƏYƏ BİLƏCƏK ZƏRƏR İLƏ BAĞLI TAM MƏSULİYYƏT SİZİN ÖZ ÜZƏRİNİZƏ DÜŞÜR. ONU DA NƏZƏRƏ ALIN Kİ, QÜVVƏDƏ OLAN BƏZİ QANUNVERİCİLİK HALLARI TƏTBİQ EDİIƏN BƏZİ ZƏMANƏTLƏRİN İSTİSNA EDİLMƏSİNƏ YOL VERMƏYƏ BİLƏR, ONA GÖRƏ DƏ, YUXARIDA SADALANAN İSTİSNALARIN BƏZİLƏRİ SİZƏ AİD EDİLMƏYƏ BİLƏR.

Zərərlərin bildirilməsi və öhdəliyin məhdudlaşdırılması

MASTERCARDIN ÖZÜ, ONUN BİZNES TƏRƏFDAŞLARI, ƏMƏKDAŞLARI, NÜMAYƏNDƏLƏRİ VƏ YA TÖRƏMƏLƏRİNƏ ZƏRƏRİN VƏ YA İTKİNİN BAŞ VERMƏ EHTİMALININ OLDUĞU BİLDİRİLDİYİ HAL DA DAXİL OLMAQLA, SİZİN İSTİFADƏNİZ, YA DA MASTERCARD SAYTINA VƏ YA ONUN MƏZMUNUNA DAXİL OLMANIZ İLƏ BAĞLI VƏ YA BUNDAN İRƏLİ GƏLƏRƏK MƏHKƏMƏDƏ İDDİA TƏLƏBİNİN NƏDƏN İBARƏT OLMASINDAN ASILI OLMAYARAQ, MÜLKİYYƏTƏ DƏYƏN ZƏRƏR, İSTİFADƏ İTKİSİ, BİZNES İTKİSİ, İQTİSADİ İTKİ, MƏLUMAT İTKİSİ VƏ YA GƏLİR İTKİSİ DƏ DAXİL OLMAQLA, LAKİN BUNLARLA MƏHDUDLAŞMAMAQLA, HƏR HANSI BİRBAŞA, DOLAYI, XÜSUSİ, CƏZALANDIRICI, NÜMUNƏVİ, NƏTİCƏ ETİBARİLƏ YARANAN BU VƏ YA DİGƏR ZƏRƏRLƏRƏ GÖRƏ NƏ MASTERCARD, NƏ DƏ ONUN TÖRƏMƏ ŞİRKƏTLƏRİ HEÇ BİR HALDA MƏSULİYYƏT DAŞIMIR. MASTERCARD-IN İSTİFADƏ ŞƏRTLƏRİNDƏ GÖSTƏRİLDİYİ KİMİ BÜTÜN ZƏRƏRLƏR, İTKİLƏR VƏ İDDİA SƏBƏBLƏRİ, HÜQUQ POZUNTULARI (ETİNASIZLIQ DA DAXİL OLMAQLA, LAKİN BUNUNLA MƏHDUDLAŞMAMAQLA, BÜTÜN DİGƏR ZƏRƏRLİ HƏRƏKƏTLƏR) İLƏ BAĞLI MƏSULİYYƏTİ HEÇ BİR HALDA TƏRƏFİNİZDƏN İSTƏNİLƏN MASTERCARD SAYTI İLƏ BAĞLI HƏR HANSI FƏALİYYƏTƏ QƏBUL OLUNMASI VƏ YA ONDA İŞTİRAK ETMƏSİ ÜÇÜN ÖDƏNİLƏN MƏBLƏĞƏ, ƏGƏR VARSA, VƏ YAXUD 100 AMERİKA BİRLƏŞMİŞ ŞTATLARI DOLLARINA (100$) (HANSI DAHA AŞAĞIDIRSA) BƏRABƏR OLAN DƏYƏRİNİ AŞMAMALIDIR. TƏTBİQ EDİLƏN QANUNVERİCİLİK MASTERCARD-IN ÖHDƏLİYİNİN HƏR HANSI HADİSƏ VƏ YA FƏSADLI NƏTİCƏLƏR SƏBƏBİNDƏN İSTİSNA EDİLMƏSİNƏ YOL VERMƏYƏ BİLƏR, ONA GÖRƏ DƏ, YUXARIDA QEYD EDİLƏN MƏHDUDİYYƏT VƏ YA İSTİSNA HALLAR SİZƏ AİD EDİLMƏYƏ BİLƏR.

İstifadə şərtlərinin hər hansı Mastercard ödəniş kartı sahibləri ilə bağlı müqavilələrə tətbiq edilə bilməməsi

Mastercard aparıcı ödəmə xidmətləri təşkilatıdır. Mastercard maliyyə təşkilatı deyil və hər hansı qəbildən olan kredit, debet, çek və ya ödəniş kartları dərc etmir. Üzərində Mastercard nişanı olan ödəmə kartınızla bağlı əlaqə birbaşa olaraq Mastercard ilə deyil, həmin kartı dərc edən bank və ya maliyyə qurumu ilə yaradılmalıdır. Üzərində Mastercard nişanı olan ödəniş kartınız və ya kart sahibliyinə görə hesabınızla bağlı istənilən növ və bütün suallar və ya məsələlər Mastercard-a deyil, kartınızı dərc edən banka və ya maliyyə təşkilatına yönəldilməlidir. Mastercard-ın sizin kartınızı dərc edən bank və ya maliyyə təşkilatı ilə münasibətləri mövcud olsa belə, bu münasibətlər fərdi kart sahiblərinə və ya ödəniş kartı hesablarına şamil edilmir.

Mastercard saytı Mastercard və onun törəmə şirkətləri tərəfindən idarə olunur.

Digər şərtlər

Bu İstifadə Şərtləri qanunvericiliklə bağlı ziddiyyətlərin hər hansı prinsiplərinə təsir göstərmədən, məhz xüsusilə Nyu-York, Amerika Birləşmiş Ştatları qanunlarına uyğun olaraq tərtib olunmalı, təfsir edilməli və yerinə yetirilməlidir. Bu İstifadə Şərtləri və ya saytla bilavasitə və ya dolayısı ilə əlaqədar olaraq meydana çıxan qanunla və ya kapitalla bağlı istənilən hərəkətin yalnız Nyu-York məhkəmələrinə müraciət edilməklə baxılacağına açıq şəkildə razılığınızı bildirirsiniz. Siz Mastercard saytı, öz giriş izniniz və ya istifadəniz, sözügedən İstifadə Şərtləri və ərazidən kənardakı xidmət prosesi ilə əlaqədar istənilən hərəkət məqsədləri üçün belə məhkəmələrin fərdi yurisdiksiyasının tətbiq edilməsinə razılıq verir və bu kimi məsələlərin həllini bu yurisdiksiyanın ixtiyarına buraxdığınızı qəbul edirsiniz.

Mastercard saytından məzmun və proqram təminatı ABŞ ixracat yurisdiksiyasına və digər ölkələrin idxal yurisdiksiyasına şamil edilə bilər. Bu saytdan istifadə etməyinizlə əlaqədar tətbiq olunan bütün mövcud ixrac, təkrar ixrac və idxal nəzarət qanunları və tətbiq edilən bütün mövcud yurisdiksiyalar da daxil olmaqla, lakin bunlarla məhdudlaşmadan, ABŞ-ın Kommersiya və İxracata Nəzarət Edilməsi ilə bağlı 730-734 CFR Bölmələrində qeyd edilən Qaydalarına, Beynəlxaq Silah Ticarəti qaydalarına, eləcə də Xarici Vəsaitlərə Nəzarət İdarəsi və digər ölkələrin ixrac-idxal məsələləri üzrə qüvvədə olan qayda və qanunlarına riayət edilməsinə görə yalnız özünüz məsuliyyət daşıyırsınız. Bütün müvafiq yurisdiksiyaların mövcud olan bütün ixrac və idaxl qanunları və qaydaları ilə uyğunluq istisna olmaqla, digər heç bir halda bu saytdan olan məzmunun və ya proqram təminatının birləşdirildiyi materiallar, məhsullar, proqram təminatları və ya digər texniki məlumatlar, ya da birbaşa məhsul vasitəsilə siz bu saytdan hər hansı məzmunu və ya proqram təminatını birbaşa, ya da dolayısı ilə istifadə edə, paylaşa, köçürə və ya ötürə bilməzsiniz.

Bu İstifadə Şərtləri sizin tərəfinizdən başqalarına ötürülə bilməz. Mastercard istənilən vaxt bu İstifadə Şərtlərində göstərilən hüquq və öhdəliklərini ötürə bilər. Bu İstifadə Şərtlərinin hər hansı bir hissəsi və ya müddəası qanunsuz, qüvvədən düşmüş, etibarsız və ya yerinə yetirilə bilməyən olduqda, həmin hissə bu İstifadə Şərtlərindən uzaqlaşdırılmış hesab ediləcək və bu digər qalan müddəaların etibarlılığına və tətbiq olunmasına təsir göstərməyəcək. Burada göstərilənlər istisna olmaqla, bu İstifadə Şərtləri sizinlə Mastercard arasında predmetindən asılı olaraq, bütöv müqavilə mətnini təşkil edir. Bu İstifadə Şərtlərinin müəyyən müddəaları bu saytda daxil ola biləcəyiniz xüsusi səhifələr, müraciətlər, vasitələr və ya digər materiallarda yerləşən təyin edilmiş hüquqi bildirişlərlə və ya şərtlərlə əvəz edilə bilər və ya onlara əlavə edilə bilər. Mastercard-ın bu İstifadə Şərtlərinin və ya hər hansı əlavə şərtlərin istənilən müddəasını yerinə yetirə bilməməsi onun həmin müddəaların icra edilməsindən imtina etməsi, və ya həmin müddəanın yerinə yetirilməsi hüququndan azad edilməsi kimi təfsir olunmamalıdır. Bu İstifadə Şərtləri və bu şərtlərlə əlaqədar istənilən sənədlər elektron formada qəbul edilə bilər (məsələn, razılığı ifadə edən elektron və ya digər vasitələr) və sizin bunu qəbul etməyiniz sizinlə Mastercard arasında zəruri hesab olunur. Bununla da, heç bir məhdudiyyət olmadan, bu İstifadə Şərtlərinin və onunla əlaqədar istənilən digər sənədlərin etibarlılığına və ya tətbiq olunmasına etiraz etməyəcəyinizi qəbul edirsiniz.

©2015 Mastercard. Mastercard, Priceless və Mastercard Ticarət Nişanı Mastercard Beynəlxalq Korporasiyasının qeydiyyatdan keçmiş əmtəə nişanlarıdır. Sponsor: Mastercard Beynəlxalq Korporasiyası, 2000 Purchase küçəsi, Purchase, Nyu-York 10577.

Müştəri Xidmətləri və əlaqə məlumatı
Mastercard Beynəlxalq Korporasiyasının
Baş ofisi
2000 Purchase küçəsi
Purchase, Nyu-York 10577 ABŞ
Telefon: 1-800-MASTERCARD (1-800-627-8372)