Aprel 2021, Bakı: Azərbaycan Respublikası Mərkəzi Bankı və Mastercard Azərbaycan hökumətinin rəqəmsallaşdırma və iqtisadiyyatın inkişafına dair strateji dövlət siyasətinə uyğun olaraq rəqəmsal ödənişlərin müxtəlif strateji inkişaf sahələrini əhatə edən 5 illik Rəqəmsal Ölkə Tərəfdaşlığının (RÖT) başlanmasına dair Anlaşma Memorandumunu imzalayıb. Bu, Mərkəzi Bank və Mastercard arasında “2018-2020-ci illərdə Azərbaycan Respublikasında Rəqəmsal Ödənişlərin Genişləndirilməsi Dövlət Proqramı” çərçivəsində çoxfunksiyalı "Ağıllı Təhsil Kartının" işə salınması və pilot şəhərlərdə ictimai nəqliyyatda təmassız gediş haqqı ödənişlərinə başlanması kimi nağdsız ödənişlərin istifadəsini təşviq edilməsinə və effektiv əməkdaşlığın davam etdirilməsinə yönəlmiş strateji proqramlar silsiləsindən növbəti addımdır. İlkin mərhələlər nağd ödənişin POS ödənişə çevrilməsinə yönəlsə də, indi bu, bütöv ekosistemdə rəqəmsal təkamülə başlamağı hədəfləyən bir addımdır.
Anlaşma Memorandumunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov və Mastercard-ın Avropa regionu üzrə prezidenti Mark Barnett imzalayıblar. Bu Mastercard-ın tərəfdaşlığa sadiqliyinin ən yüksək göstəricisidir. Dünyada Mastercard-ın belə müqavilə imzaladığı ölkələr azdır.