Skip to Content

Dünyanın harasında olmağınızdan asılı olaraq, son bir neçə həftə və ya ay ərzində koronavirus (COVID-19) həqiqəti həyatımızın bir hissəsinə çevrildi. Hər gün istər hökümətlərdən, istərsə də qurumlardan gələn məlumatlarla hamımızın dərindən hiss etdiyimiz yeni gerçəklər və problemlərlə üzləşirik.

Mastercard olaraq işçilərimizi qorumaq və müştərilərimizə xidmət etmək üçün bütün lazımi addımları atdığımızdan əmin olaraq hadisələri yaxından izləyirik. 

Sizin üçün buradayıq. Məhsullarımız və xidmətlərimizlə, elektron alış-verişlərinizdən tutmuş kiçik bir müəssisənin gündəlik alış-verişlərdəki ödənişlərinizi qəbul etməsinədək ödəniş əməliyyatlarını ən yaxşı şəkildə davam etməsinə dəstək veririk. Öhdəliyimiz hər zaman olduğu kimi bugün də eynidir: hər bir ödəniş əməliyyatını təhlükəsiz, sadə, ağıllı və əlçatan etmək.

Məhsul və xidmətlərimizlə, verdiyimiz sözü bu gün də tutmağa davam edirik. Mastercard ödəmə infrastrukturu şəbəkəsi bütün onlayn və ya fiziki ödəmə fəaliyyətlərinin təməl daşıdır və hətta gözlənilməz hadisələr və şəraitlər qarşısında belə fəaliyətimizi həmişəki kimi  davam etdiririk.

Müştəri Xidmətləri 

Balans məlumatları və ya müəyyən satınalmalarınızla bağlı dərhal cavab almaq istədiyiniz suallarınız varsa, kartınızın bağlı olduğu bankla əlaqə qurmağı tövsiyə edirik. Əlaqə üçün nömrələr kartınızın arxasında göstərilib. Bundan əlavə, ödəmə texnologiyaları ilə bağlı çətinliyiniz olsa, bizə elektron məktub göndərin: mastercard_azerbaijan_office@mastercard.com.

Elektron ödənişin üstünlükləri

  • Təmassız Ödəniş: Təmassız ödənişlərdə, ödənişinizi kartınızı heç kimə vermədən həyata keçirəcəksiniz. Daha sürətli, təhlükəsiz və daha gigiyenik əməliyyatlar üçün kartınızı və ya rəqəmsal cüzdanınızı POS cihazına yaxınlaşdırmağınız kifayətdir. 
  • Rəqəmsal Ödəniş: Mastercard-ın rəqəmsal ödəmə həlli olan Masterpass-a kart məlumatlarınızı əlavə edərək minlərlə alış-veriş saytlarında və Masterpass loqotipi olan mobil tətbiqetmələrdə ödənişlərinizi asanlıqla, sürətli və təhlükəsiz şəkildə həyata keçirə bilərsiniz. Ödəniş zamanı kart məlumatlarınızı Masterpass üzvü olan hər hansı bir alış-veriş saytında və ya mobil tətbiqetmədə cəmi bir dəfə qeyd etmək kifayətdir. Növbəti alış-verişlərdə kart məlumatlarını yenidən daxil etmədən bütün məntəqələrdə Masterpass hesabınızla ödəməni həyata keçirə bilərsiniz. Kartınız haqqında məlumat yalnız Mastercard tərəfindən təqdim olunan Masterpass infrastrukturunda saxlanılır. Ətraflı məlumat üçün: Masterpass™

Əvvəlcə təhlükəsizlik

  • Kiber Təhlükəsizlik Xəbərdarlığı: Hər kəsin COVID-19 haqqında yeni məlumatlar əldə etmək istəyi və səyləri kibercinayətkarlara zərərli proqram göndərmək fürsəti verir. Yalnız tanıdığınız saytlara daxil olun, bildirişi göndərəni tanıdığınızdan əmin olun və həssas məlumatlarınızı əsla paylaşmayın. 
  • Ürəyinizi Buz Kimi Saxlayın: Şübhəli satınalmalara qarşı qorunursunuz. Kartınızı itirsəniz və ya balans məlumatlarınızın arasında etmədiyiniz bir ödəniş tapsanız, kartınızın bağlı olduğu bankla əlaqə saxlayın.


İctimaiyyətə dəstəyimiz

COVID-19 epidemiyasına qarşı müalicə üsullarının müəyyən edilməsi, təkmilləşdirilməsi və miqyaslandırılmasını sürətləndirmək üçün Bill və Melinda Geyts Fondu və Wellcome Trust ilə səylərimizi birləşdirmişik.