Alış-veriş et və ƏDV geri al

Alış-veriş et və ƏDV geri al

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi 2019-cu ildə Azərbaycan vətəndaşları üçün yeni vergi xidməti təklif edib. Bu xidmət Azərbaycan vətəndaşlarına Azərbaycanın pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti göstərənlərdən etdiyi alış-verişə görə ödənilmiş ƏDV-ni geri qaytarılmasına imkan verir. Qaydalar və şərtlərə əsasən istehlakçılar www.edvgerial.az veb-saytında qeyd olunan addımlara əməl edərək nağdsız alış-verişlər zamanı ödənilmiş ƏDV-nin 15% -ni geri alır.

ƏDV-nin geri qaytarılması barədə daha ətraflı məlumata və video təlimata keçidə daxil olaraq baxa bilərsiniz

Mastercard Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin bu təşəbbüsünü dəstəkləyir və  istehlakçılara ƏDV qaytarılmasının Mastercard və Maestro kartları ilə ödəniş edərkən endirim əldə etdikləri “Priceless Specials” tərəfdaşlar şəbəkəsində də keçərli olduğunu bildirir.  Biz tərəfdaşlarımızla “Priceless Specials” Şəbəkəsində reklam materialları vasitəsi ilə isteklakçıları ƏDV qaytarılması haqqında məlulatlandırmaq üzərində çalışırıq. ƏDV qaytarılması Mastercard-ın il boyu lotereya təşkil etdiyi Bravo marketlər şəbəkəsində də mümkündür. Lotereya çərçivəsində nağdsız iqtisadiyyatı stimullaşdırmaq məqsədi ilə aylıq 2 ədəd iPhone XS telefonu və hər 6 aydan bir isə Lexus UX avtomobili oynanılır.