Mastercard-ın Azərbaycan Respublikasının Milli Bankı ilə birgə layihəsi

2017-ci ildə Mastercard Azərbaycanın Mərkəzi Bankı (CBAR) ilə birlikdə nağdsız iqtisadiyyata miqrasiya layihəsinə başlamışdır. Layihənin məqsədləri nağdsız ödənişlərin həcmini və iqtisadiyyatda şəffaflığı artırmaq və Azərbaycanın inkişaf edən iqtisadiyyatını dəstəkləmək idi. Layihə həmçinin makro və mikro səviyyədə nağd pul istifadəsinin səbəblərinə və qeyri-neft sektorundakı nağd pulun həcminə aydınlıq gətirdi. Bununla da, Azərbaycan Respublikasının Mərkəzi Bankı 3 il ərzində nağd pulun rəqəmsal ödənişlərə miqrasiyası üçün fəaliyyət planı hazırladı. Bunun üçün "Nağdsız Azərbaycan" layihəsi çərçivəsində nağdsız iqtisadiyyata miqrasiya üçün imkanlar müəyyənləşdirilmişdir. Layihənin birinci mərhələsi cari ekosistemi və ödənişlərin rəqəmsallaşdırılmasına dair milli strategiyanı başa düşmək, nağd vəsait istifadəsini stimullaşdıran mikro və makro  faktorları müəyyənləşdirmək, sektorlara görə nağd vəsaitin miqdarının aydınlaşdırılması  və proqnozlaşdırılması, nağd ödənişlərdən rəqəmsal ödənişlərə miqrasiya metodlarını dəyərləndirmək və həm regional, həm də qlobal səviyyədə ən yaxşı təcrübələri nəzərdən keçirməyi əhatə edirdi. Layihənin ikinci mərhələsi nağdsız iqtisadiyyatın strategiyasını müəyyənləşdirmək, əsas tapşırıqları aydınlaşdırmaq, əsas istiqamətlər üzrə strategiyanı müəyyən etmək, tövsiyyələrin maliyyə təsirini təhlil etmək, implementasiya asanlığını qiymətləndirmək və təşəbbüslərin prioritetləşdirməsindən ibarət idi. Son mərhələdə layihənin müvəffəqiyyəti üçün   aparıcı tərəflər və büdcəsi müəyyənləşdirilmiş, icrası üçün strateji yol xəritəsi və əsas icraçılar, tələblər və son tarixlər müəyyən edilmişdir.  Bu, vergilər, sosial sığorta haqqları, maliyyə qurumları, rabitə, təhsil hətta rəqəmsal ödənişlərin rəqabət tərəflərini əhatə edən çox geniş bir layihədir. 2018-ci ildə bu layihə “2018–2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” adı ilə qəbul olundu və ölkənin rəqəmsal miqrasiyası bütün nazirliklərin görəcəyi işləri də özündə əks etdirir. Bu layihə ödəniş ekosisteminin əsaslı inkişafını nəzərdə tutur. Layihənin icrasının nəticəsi olaraq nağdsız ödənişlərin həcmi, iqtisadiyyatın şəffaflığı artacaq və Azərbaycan iqtisadiyyatının çiçəklənməsi dəstəklənəcəkdir. Rəqəmsal ödənişlərə mane olan bütün qanunlar və qaydalar nəzərdən keçiriləcək və onlar rəqəmsal ödəniş praktikalarını stimullaşdıran yeni qərarlarla əvəz ediləcəkdir. 2019-cu ildə layihənin icrasını və rəqəmsal iqtisadiyyata miqrasiya prosesini dəstəkləmək məqsədi ilə Mastercard və Azərbaycan Mərkəzi Bankı arasında Anlaşma Memorandumu imzalanmışdır.