Kampaniya Şərtləri:
1. Kampaniyanın Müddəti:
- Kampaniya 2 mart 2026-cı ildən 23 aprel 2026-cı il tarixinədək qüvvədədir.
2. Kampaniyada İştirak Hüququ:
- Kampaniyada yalnız aktiv və qüvvədə olan Mastercard kartları iştirak edir.
- Kampaniya üstünlüyü hər bir karta ayrıca şamil olunur.
- Hər bir kart, kampaniya müddəti ərzində yalnız hər bazar ertəsi günü 1 (bir) dəfə kampaniya üstünlüyündən istifadə edə bilər. Kampaniya yalnız hər təqvim günü bir dəfə tətbiq olunur
- Eyni şəxsə məxsus bir neçə kart varsa, hər kart yalnız bir dəfə kampaniyanın üstünlüyündən faydalana bilər.
- Kampaniya yalnız Azərbaycan bankları tərəfindən buraxılmış olan Mastercard loqolu kartlar üçün keçərlidir.
3. Kampaniya Şərtləri:
- Kampaniya müddəti ərzində hər bazar ertəsi günü Bakı şəhərində metro və avtobus ictimai nəqliyyatında ilk gediş haqqı yalnız 1 (bir) qəpik olacaq. Bu üstünlük, yalnız metro və avtobuslarda ilk gedişə şamil olunur.
- Kampaniya, Mastercard loqolu kartları ilə NFC (Apple Pay, Google Pay) ödənişləri edildiyi zaman yalnız ilk gedişə şamil edilir.
- Ödəniş mexanizmi belədir: NFC ödəməsi zamanı istifadəçinin balansından birbaşa 1 qəpik çıxılacaq.
- Hədiyyə yalnız kampaniya günü ərzində ilk gedişə tətbiq olunur.
- Kampaniya tətbiq olunduqda, əldə olunan endirim cari keçid tarifinə əsasən hesablanacaq.
- Qazanılan mükafatın nağd qarşılığı tələb oluna bilməz.
- Kampaniya yalnız Google Pay və Apple Pay ödənişini dəstəkləyən banklarda etibarlıdır.
- Hər bir kart yalnız kampaniya günü ərzində bir dəfə endirimdən yararlana bilər.
4. Təşkilatçının Hüquqları:
- Mastercard kampaniyanın şərtlərini bir tərəfli şəkildə dəyişdirmək, kampaniyanı müvəqqəti dayandırmaq və ya tamamilə ləğv etmək hüququnu özündə saxlayır.
- Hər hansı bir dəyişiklik, rəsmi kanallar vasitəsilə elan edildiyi andan qüvvəyə minir.
5. Digər Müddəalar:
- Kampaniyada iştirak edən şəxslər, bu şərtlərlə razı olduqlarını təsdiq etmiş hesab edilir.
- Tərəflər arasında yaranan mübahisələrə Azərbaycan Respublikasının qanunvericiliyi tətbiq olunur.