Skip to Content

“THE SIGNATURE JOURNEY”

Özəl dəvət olunmuş peşəkarların iştirakı ilə baş tutacaq olan 2024-cü il və sonrası üçün nəzərdə tutulmuş xüsusi təcrübələr seriyası.

Sizi Usta Khun Sanın oxuyan kristal kasaları ilə səs terapiyasında iştirak etməyə dəvət edirik. Bu meditativ təcrübə sizdə həm ruhani, həm də fiziki rifahı təşviq edəcək. Kristal kasalar vasitəsilə yaranan vibrasiyalar insanın zehni və bədəni ilə rezonans yaradaraq dərindən rahatlama vəziyyətinə girməyə, bədənin təbii sağalma prosesini sürətləndirməyə imkan tanıyır. İndi qeydiyyatdan keç və bu unikal meditativ təcrübənin bir hissəsi ol.

“The Signature Journey” Mastercard priceless™ ilə əməkdaşlıq çərçivəsində təşkil olunmaqla, yalnız Mastercard kart sahibləri üçün nəzərdə tutulur, yaşadığınız və səyahət etdiyiniz şəhərlərdə unudulmaz təcrübə və dəyərli gündəlik endirimləri əlçatan edir.

 

Məkan: Ritz Carlton Baku, Tribeca Terrace və ya Gubadli Meeting Space

Tarix: 31 Avqust

Vaxt: 11:00 və 15:00

Müddət: 60 dəqiqə

Qiymət: Bir nəfər üçün 50 AZN

 

THAI WELLNESSMASTERCLASS

Tarix: 01, 02, 05 və 06 sentyabr 2024-cü il

Vaxt: seans arası 30 dəq. 10:00 - 12:00 & 14:00 - 16:00 rezervasiya tələb olunur

Qiymət: 1 qonaq üçün 30 AZN

Məkan: Ritz-Carlton Spa, Bakı

 

THE SIGNATUREJOURNEY TREATMENT

Tarix: 01, 02, 05 və 06 sentyabr 2024-cü il

Vaxt: seans arası 80 dəq.10:00 - 19:00 rezervasiya tələb olunur

Qiymət: 1 qonaq üçün 300 AZN

Məkan: Ritz-Carlton Spa, Bakı

 

Təcrübədən yararlanmaq üçün +994-51-215-5566 əlaqə nömrəsi ilə və ya rc.gydrz.spa@ritzcarlton.com email vasitəsilə əlaqə saxlayaraq tədbir öncəsi rezervasiya edə bilərsiniz. Mastercard ilə ödəniş edərək, Siz 20 % endirim qazanacaqsınız.

 

Qaydalar və Şərtlər:

  • Xüsusi endirimli tariflə təcrübə yalnız priceless.com saytında mövcuddur. Endirimli tarif yalnız Mastercard kart sahibləri üçün əlçatandır. 20 % endirim yalnız rc.gydrz.spa@ritzcarlton.com yaxud +994-51-215-5566 vasitəsilə edilən rezervasiyalarda və Mastercard ilə edilən ödənişlərdə keçərlidir.
  • Bu təcrübə yalnız 18 yaş və daha böyük olan Mastercard kart sahibləri tərəfindən əldə edilə bilər. Əgər alıcı kart sahibi başqa tərəfə bilet hədiyyə etmək istəyirsə, təcrübələri hədiyyə etmək mümkündür. Əgər siz bu təcrübəni hədiyyə edirsinizsə, hədiyyəyə hüququ olan digər tərəfin şəxsi məlumatlarının emalı üçün razılığın alınması məsuliyyəti kart sahibinin öz üzərinə düşür.
  • Bu təcrübəni sifariş etmək üçün kart sahibləri: (a) priceless.com hesabına daxil olmalı; (b) priceless.com hesabı üçün qeydiyyatdan keçməli; və ya (c) təcrübə bu şəkildə onlara təqdim olunubsa, iştirakçı bankın tətbiqinə daxil olaraq bu təcrübəyə daxil olmalı; (d) rezervasiya və ödənişi rc.gydrz.spa@ritzcarlton.com vasitəsilə həyata keçirməlidirlər. Bu təcrübəni dərc edildiyi tarixdən tədbir öncəsinə qədər, mövcudluqdan asılı olaraq rezervasiya etmək mümkündür.
  • Mastercard digər iştirakçılar və ya təcrübənin hər hansı üçüncü tərəf aparıcısı tərəfindən verilən cavablara nəzarət etmir. Hər hansı bu cür tərəflərin, o cümlədən məhdudiyyətsiz olaraq brend səfirlərin və məşhurların verdiyi bəyanatlar Mastercard-ın fikirlərini əks etdirməyə bilər. Bundan əlavə, Mastercard təcrübə zamanı hər hansı üçüncü tərəf tərəfindən təqdim oluna və ya təsvir edilə bilən hər hansı məhsul, xidmət və ya digər materialla bağlı heç bir tövsiyə vermir. Mastercard təcrübə ilə bağlı heç bir zəmanət və ya öhdəlik götürmür.
  • Mastercard hər hansı belə proqram və ya platformadan istifadəniz nəticəsində yaranan hər hansı itki və ya zərərə və ya çəkilən xərclərə, yaxud təcrübə zamanı baş verə biləcək hər hansı əlaqə və ya digər texniki problemlərə görə məsuliyyət daşımır.
  • Davranışınızda, o cümlədən e-poçt və ya hər hansı digər rabitə kanalı vasitəsilə kommunikasiyanızda uyğunsuz, zərərli, təqibedici, qeyri-qanuni, təhqiredici ifadələrin yer almasına görə Mastercard sizi bu və ya gələcək təcrübədə iştirakdan məhrum etmək hüququnu özündə saxlayır. Mastercard-ın mütləq və yekun mülahizəsinə əsasən, hər hansı tətbiq olunan istifadə şərtləri və ya hər hansı müvafiq platforma və ya provayderin digər siyasətlərinə uyğun gəlməyən kart sahibinin iştirakı bu müddəada göstərilən səbəblərdən hər hansı birinə görə rədd edilərsə, Mastercard, vaxt qalması halında, növbəti uyğun kart sahibini təsdiqləməyə çalışacaq. Bu müddəadakı hüquqlar bizim üçün mövcud olan hər hansı digər hüquqlara və ya müdafiə vasitələrinə əlavədir. Həmçinin qeyd etmək istəyirik ki, bu halların yaşanması Priceless hesabınızın ləğvi ilə nəticələnə bilər.
  • Əgər təcrübə qeyd edildiyi kimi həyata keçirilə bilməzsə, Mastercard istənilən vaxt bu təcrübəni və ya onun hər hansı aspektini ləğv etmək, dəyişdirmək, yenidən planlaşdırmaq və ya modifikasiya etmək hüququnu özündə saxlayır,. Bu, aşağıdakı halların hər hansı birində tətbiq olunacaq, lakin sadəcə bunlarla məhdudlaşmır: fors-major hadisələr, saxtakarlıq, texniki nasazlıqlar, Mastercard və ya təcrübə provayderinin nəzarətindən kənar hər hansı digər səbəblər. Siz Mastercard tərəfindən təcrübədə edilən hər hansı dəyişiklik barədə mümkün qədər tez məlumatlandırılacaqsınız.

 

Ünvan:

NƏSİMİ RAYONU, AZ1025, BABƏK prospekti 3

Telefon:

+(994) 51 215 5566
 

E-poçt:

 

Veb-sayt:

 

Təklifin bitmə tarixi:

08-09-2024