Skip to Content

1. Təşkilatçı

Kampaniya Mastercard Europe SA tərəfindən, Bakı şəhəri, Landmark Biznes Mərkəzi, Nizami küç. 90 A, ünvanında təşkil olunur.

2. Kampaniyanın müddəti

Başlanğıc: 17 oktyabr 2025, saat 12:00

Son: 30 oktyabr 2025, saat 18:00

3. İştirak şərtləri

Kampaniyaya qatılmaq pulsuzdur.

İştirak üçün:

  1. Mastercard Azerbaijan Instagram səhifəsini izləmək.
  2. Uşağın çəkdiyi “Xəyaldakı Forma” rəsmini Instagram DM vasitəsilə göndərmək.
  3. Uşağın adı, soyadı, boyu və yaşı şərhlərdə göstərilməlidir.
  4. Yarışma çərçivəsində paylaşımlarda (şəkillərdə) uyğun olmayan ifadələrə və ya rəsmlərə yer verildiyi halda, həmin məzmunlar qiymətləndirilməyə alınmayacaq və Instagram platformasından silinməsi üçün müraciət ediləcəkdir.
  5. 18 yaşdan kiçik iştirakçılar yalnız valideyn və ya qanuni nümayəndənin yazılı razılığı və imzalanmış müqavilə əsasında kompaniyada iştirak edə bilər. Valideyn və qanuni nümayəndənin razılığı olmadan iştirak edən uşaqların mükafatı verilməyəcək.

4. Qaliblərin seçilməsi

İştirakçılar arasından təsadüfi seçim (random) üsulu ilə 22 qalib müəyyən ediləcək. Qiymətləndirmə meyarları aşağıdakı kimidir:

Yaradıcılıq – Uşağın təqdim etdiyi işin nə dərəcədə yaradıcı və fərqli olduğu;

Mövzuya uyğunluq – Paylaşımın yarışmanın mövzusuna nə qədər uyğun gəldiyi;

Orijinallıq – İşin orijinal olması, başqa mənbələrdən köçürülməməsi;

Uşağın fiziki uyğunluğu – UEFA tələblərinə əsasən uşağın yaşı (7–9 yaş arası) və boyu (105–135 sm aralığında) uyğun olmalıdır;

Mükafata uyğunluq – Uşağın təqdim etdiyi işin və ümumi təqdimatının yarışmanın mükafatına layiq olub-olmaması.

Yarışmanın nəticələri 30 oktyabr 2025-ci il tarixində @mastercardazərbaycan Instagram hesabında elan olunacaq. Qaliblərlə Instagram hesabları vasitəsilə birbaşa mesaj yolu ilə əlaqə saxlanılacaq və onlardan 1 noyabr 2025-ci il saat 22:00-a qədər iştirak təsdiqləri tələb olunacaq. Bu tarixədək təsdiq göndərməyən iştirakçıların əvəzinə ehtiyat qaliblər siyahısına müraciət ediləcək.

5. Uşaqlar üçün fiziki və hüquqi tələblər

Seçilmiş 22 uşaq, valideynlərinin nəzarəti altında, 5 noyabr 2025-ci il tarixində Tofiq Bəhramov Respublika Stadionunda keçiriləcək UEFA Çempionlar Liqası oyunu zamanı futbolçularla birgə meydana çıxmaq hüququ qazanacaq. UEFA-nın tələblərinə əsasən, meydana çıxacaq uşaqların 7–9 yaş aralığında (10 yaşını tamamlamamış) və boylarının 105–135 sm arasında olması mütləqdir. Oyun 5 noyabr 2025-ci il tarixində Tofiq Bəhramov Respublika Stadionunda keçiriləcəkdir. Bakı şəhərindən kənardan gələcək qaliblərin Bakıya qədər olan nəqliyyat və yerləşmə xərcləri özlərinə aiddir. Bakı şəhəri daxilində oyun məkanına çatmaq və oyun bitdikdən sonra təyin olunmuş məntəqəyə qayıtmaqla bağlı detallı məlumat qaliblərə əlavə olaraq e-poçt vasitəsilə göndəriləcəkdir. Təyin olunan vaxtlarda görüş nöqtəsinə və ya stadion ərazisinə gəlməyən iştirakçılar bu kampaniya çərçivəsində öz hüquqlarını itirmiş sayılacaqlar.

6. Mükafat və məsuliyyət

Uşaqlara tədbir zamanı geyəcəkləri formalar Mastercard tərəfindən təmin olunacaq.

Mükafat nağdlaşdırıla və başqasına ötürülə bilməz.

Oyuna çıxış öncəsi uşaqlara qida veriləcəkdir. Valideynlərdən uşaqların qida ilə bağlı bütün müvafiq məlumatlar (o cümlədən allergiya və digər qida intoleransları) öncədən toplanacaq. Allergiyası olan valideynlər, bu barədə məlumatı əvvəlcədən bildirməlidirlər. Paylanılacaq qida məhsulları üçün Mastercard məsuliyyət daşımır.

7.Geyim qaydası

UEFA, Mastercard mascot oyunçularına geyim dəstləri (uzunqol köynək, şort, corab) təmin edəcəkdir. Dəstlər uşaqların gəlməsi ilə bərabər paltardəyişmə otağında yerləşdiriləcək.

Uşaqlar öz idman ayaqqabılarını gətirməlidir.

Uşaqları Mastercard tərəfindən təyin olunmuş 2-3 müşahidəçi müşayiət edəcək:

  • Dəstləri geyinmələrinə kömək edəcək.
  • Təlimatı tərcümə edəcək.

Şəxsi əşyalar (məsələn, telefon, kamera) paltardəyişmə otağında qoyulmalı və fəaliyyətin sonunda geri alınmalıdır.

8. Məlumatların düzgünlüyü

İştirakçılar verdikləri məlumatların tam və düzgün olduğunu təmin etməlidirlər.

Yanlış və ya natamam məlumat verən iştirakçılar mükafat qazanmış olsalar belə hüquqlarını itirirlər.

9. Hüquqi əsaslar və məsu liyyət

Kampaniyada Mastercard əməkdaşları iştirak edə bilməz.Mastercard kampaniyanı istədiyi zaman dəyişdirmək, dayandırmaq və ya müddətini uzatmaq hüququna malikdir.

10. Texniki və kommunikasiya məsələləri

Hər hansı texniki problem, internet və kommunikasiya xətaları, itmiş və ya gecikmiş mesajlar səbəbindən Mastercard məsuliyyət daşımır. Yarışma müddətində iştirakçıların göndərdiyi məlumatlar və müraciətlərlə bağlı hər cür rabitə problemlərinə görə Mastercard məsuliyyət daşımır.Yarışmanın aparılmasına təsir edən kompüter, proqram təminatı, telefon, kabel, peyk, internet xidmət təminatçısının problemləri, e-poçt, SMS göndərilməsində yaranan səhvlər, gecikmələr, web səhifəsinə və ya internetə giriş problemləri, haker hücumları, virus və digər müdaxilələrdən Mastercard, Mastercard Europe SA Azərbaycan Nümayəndəliyi və McCann Azerbaijan MMC məsul deyillər.

11. Şəxsi məlumatlar

Kampaniya iştirakçıları şəxsi məlumatlarını tam və düzgün təqdim etməlidirlər. Məlumatların istifadəsi və qorunması üçün Məxfilik Bildirişi tətbiq olunur.