Skip to Content

Mastercard-da fərdi məlumatların həqiqətən şəxsi olduğunu başa düşürük. Fərdlər şəxsi məlumatlarının necə, nə vaxt və harada istifadə edildiyini və paylaşıldığını seçmək hüququna malikdirlər. Siyasətlərimiz və tətbiqlərimiz haqqında məlumat əldə etmək üçün Məxfilik Mərkəzimizi (Privacy Hub) araşdırın.

Tez-tez soruşulan suallar

S: Mastercard, gizliliyin qorunduğundan əmin olmaq üçün hansı addımları atır?
C: Mastercard-da fərdi məlumatların həqiqətən şəxsi olduğunu başa düşürük. Və bu şəkildə qalmasını təmin etmək üçün çox qayğı və səy göstəririk. Bütün məhsul və xidmətlərimizin dizaynına və yaradılmasına məxfilik təminatlarımızı əlavə edirik. Bunu, məlumatdan istifadəni yalnız lazım olan işlərin yerinə yetirilməsi üçün istifadə ilə məhdudlaşdırırıq və hər bir məhsulun hələ də istifadəsinin rahat və asan olduğundan əmin olmaqla şəxsi məlumatları şifrələmək və ya anonim etmək yollarını axtarmaqla edirik. Bundan əlavə, məlumatların təhlükəsizliyini və mühafizəsini yalnız Mastercard daxilində deyil, bütün partnyorlar və satıcılarımızda da təmin etmək üçün ciddi standartlardan istifadə edirik.

S: Şəxsi məlumatların sahibi kimdir?
C: Sizin şəxsi məlumatlarınız ancaq sizə aiddir və ondan necə istifadə edildiyinə də siz nəzarət edirsiniz.


S: Fərdlər məlumatlarının necə istifadə edildiyini hansı yollarla idarə edə bilər?
C: Fərdləri gizlilik hüquqları və seçimləri ilə təmin edirik. Marketinq, məlumat analitikası və veb analitik üçün istifadə olunan şəxsi məlumatlarınızı istənilən vaxt və heç bir üstünlükdən məhrum olmadan onlayn formalarımızdan istifadə edərək imtina edə bilərsiniz..

Fərdlər eyni zamanda, hazırda Avropa Birliyində yerləşən bütün istifadəçilər üçün əlçatan olan və qısa müddətdə dünya səviyyəsində də olacaq onlayn portalımız vasitəsilə şəxsi məlumatlara daxil olmaq, düzəltmək, dəyişdirmək və ya köçürmək hüququna malikdirlər.

S: Mastercard-da olan şəxsi məlumatlarımı oğurlanmaq təhlükəsi ilə qarşı-qarşıya qoyan hər hansı bir məlumat pozunutusu baş verdiyi halda necə olacaq?
C: İnsanların məxfiliyini və şəxsi məlumatlarını qorumaq öhdəliyimiz mövcuddur. Hər hansı bir məlumat pozuntusu hadisəsini araşdırmaq və aradan qaldırmaq üçün hərtərəfli bir reaksiya müddətimiz var və bir hadisə aidiyyəti qanunvericiliyə uyğun olaraq gizliliyi risk altına atarsa fərdləri məlumatlandırırıq. Prosesimizin effektivliyini yoxlamaq və davamlılığını artırmaq üçün mütəmadi olaraq məlumat pozuntularına dair təlimlər keçiririk.